İrandan Türkiyəyə xurma aparan maşında “patı” tapıldı - FOTO

11:13 - 9 Dekabr 2022 - HADİSƏ

Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.

Dövlət Gömrük Komitəsindən Ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Xəbər xətti