Siyavuş Novruzov Vasif Talıbovun istefa xəbərindən danışdı — VİDEO

10:27 - 9 Dekabr 2022 - Cəmiyyət

Bu günlərdə Naxçıvandakı məlumatlı mənbələr tərəfindən Ali Məclisin sədri Vasif Talıbovun istefa verməsi ilə bağlı xəbərlər yayılıb. Eyni zamanda Naxçıvandakı korrupsiya halları ilə bağlı aparılan istintaq hərəkətləri mövzusunda da yeni  yanaşmalar mövcuddur. TV Musavat bu suallarla bağlı daha öncə parlamentdə fərqli açıqlamalarla çıxış edən deputat Siyavuş Novruzova müraciət edib. İstefa ilə bağlı deputatda hansı məlumatlar var? Proseslər hara doğru gedir?

Deputat Siyavuş Novruzov TV Müsavata açıqlamasında bildirib ki, Naxçıvanda hüquq mühafizə orqanları iş aparır. Onun sözlərinə görə, hazırda araşdırmalar gedir və onun nəticəsi gözlənilir: “Vasif Talıbovun ərizə yazması ilə bağlı hər hansı məlumatım yoxdur. Araşdırmaların nəticəsindən asılı olaraq qərar verilməlidir. Mən parlamentdə də qeyd etmişdim ki, cənab prezident hər şeyin yaxşısını, düzünü bilir. O, hansı qərarı qəbul edəcəksə, biz də onu qəbul edəcəyik. Gedən proseslərlə bağlı dəqiq məlumatı olan da, olmayan da danışır. Araşdırma gedən vaxt hüquq-mühafizə orqanlarının cavabını gözləmək lazımdır. Prezidentin səlahiyyətidir ki, orda bir strukturu ləğv edir, ikincini ləğv edir.  Konstitusion səlahiyyətidir. Proseslər necə gedirsə, bunu məlumatlı adamın danışması yaxşı olar”.

Xəbər xətti