Göbələk turşusundan zəhərlənən ana öldü, qızının vəziyyəti ağırdır

06:58 - 9 Dekabr 2022 - ÖLKƏ İÇİ

Xudat şəhərində ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb.

Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb. Ç.Agayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti