Abşeronda 11 yaşlı qızı maskalı şəxslər qaçırmağa cəhd ediblər

15:08 - 7 Dekabr 2022 - Cəmiyyət

Abşeron rayonunda 11 yaşlı qızın zorla maskalı şəxslər tərəfindən qaçırılmasına cəhd edilib.

Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. 

Belə ki, hadisənin dörd nəfər maskalı şəxs tərəfindən törədildiyi bildirilir.  

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə ilə bağlı azyaşlının valideynləri “102” Xidməti Zəng Mərkəzinə məlumat veriblər:

“Məlumat Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə yönləndirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, azyaşlı qız hazırda təhlükəsiz şəraitdə, ailəsinin yanındadır”.

 

Xəbər xətti