Almaniyada dövlət çevrilişinə hazırlaşan dəstə həbs edildi

14:38 - 7 Dekabr 2022 - DÜNYA

Almaniya polisi dövlət çevrilişinə hazırlaşan ifrat sağçı ekstremistləri saxlamaq üçün genişmiqyaslı əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Spiegel” yazıb. Məlumata görə, “Reyx vətəndaşları” adlı qrupun üzvləri Bundestaqı ələ keçirmək və onu ələ keçirdikdən sonra siyasətçiləri girov götürmək niyyətində idilər. Bundan sonra vətəndaşların çevrilişə daha fəal dəstək verməsi üçün ölkədə elektrik enerjisinin kəsilməsi nəzərdə tutulurdu.

Polis 11 federal ərazidə axtarışlar aparıb və aralarında Rusiya Federasiyasının vətəndaşı olan 25 nəfəri həbs edib.
Ümumilikdə ən azı 52 nəfər dövlət çevrilişi hazırlamaqda şübhəli bilinir. Sui-qəsdçilər arasında Bundestaqın keçmiş deputatı və Bundesver xüsusi təyinatlılarının keçmiş komandanı da var.

Şübhəlilərin saxlanılması üçün keçirilən əməliyyata 3 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.

Polis sui-qəsdçilərin Rusiya Federasiyası ilə bağlı olub-olmamasını da araşdırır.

Emin

Xəbər xətti