Füzuli sakininin bank hesabından 2500 manat oğurlayan saxlanıldı

14:09 - 7 Dekabr 2022 - HADİSƏ

Füzuli rayon sakininin bank hesabından 2500 manat oğurlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli rayon sakini olan bir nəfərin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti