Peyvənd olunanların sayı açıqlanıb

17:05 - 6 Dekabr 2022 - Cəmiyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 307 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 77, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 136, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 34 nəfərdir.


Xəbər xətti