Hədə-qorxu ilə pul tələb edən şəxs tanınmış prodüsserin əri imiş ... - FOTO

15:01 - 6 Dekabr 2022 - MAQAZİN

Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Ucnoqta.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində cinayət törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub. Onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.

Növbəti əməliyyat nəticəsində isə instagramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Xətai RPİ-yə, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. 

Qeyd edək ki, tanınmış prodüser Təranə Səmədova Rasim Həsənovun həyat yoldaşı olduğunu açıqlayıb. O, həyat yoldaşını qızı Suelin atası, musiqiçi Abbasın həbs etdirdiyini iddia edib. 


Xəbər xətti