Ana səhifə
25 Sentyabr 2018

Milli Kulinariya komandamız medallarla vətənə qayıtdı

Tahir Əmiraslanov: “Bu kulinariya tarixi üçün qızıl hərflərlə yazılacaq bir səhivə olacaq və mən bununla qürur hissi keçirirəm”

 

 

 

Aprelin 14-18-də Azərbaycan Milli Kulinariya komandası Bosniya-Hersoqiovinanın Sareyevo şəhərində ÜKTB-nin Avropa qitə konfransında və aprelin 19-21-də Çernoqoriyanın Budva şəhərində keçirilən Beynəlxalq Kulinariya  Çempionatında iştirak edib. Azərbaycan Milli Kulinariya Mərkəzinin  prezidenti Tahir Əmiraslanov yarışamanın uğurlu keçdiyini və vətənə medallarla gəldiklərini qeyd etdi: “Aprelin 15-18-də 2 nəfər - mən və Nigar Mövludova Ümumdünya Kulinariya Təşkilatları Birliyinin Avropa Qitə konfransında iştirak etdik. Nigar tərcümədə kömək edirdi. Ölkəmiz adında hər ikimiz işimizin öhdəsindən ləyaqətlə gəldik. Konfransda 40 ölkə iştirak etdi. Konfrans zamanı kulinariya sahəsində təhsilin vəziyyəti, keçirilən tədbirlərin effektivliyinin artırılması və bu kimi məsələlər dinlənildi. Azərbaycanın təqdimatı keçirildi, film göstərildi, 2016-cı ildə ÜKTB-nın Avropa Konfransının  Bakıda keçirilməsi təklifinin müzakirəsi oldu və böyük səs üstünlüyü ilə razılaşdırıldı. Bu, kulinariya tarixinə qızıl hərflərlə yazılacaq bir səhifə olacaq və mən bununla qürur hissi keçirirəm. Bundan sonra Azərbaycan mətbəxi daha da irəli gedəcək. Bu konqresdə ilk addımı atdıq.

Eləcə də, konfrans zamanı gənc kulinarların da çempionatı keçirildi. Tədbir zamanı rekordlar kitabına düşmək üçün 14 min nəfər üçün Bosniya mətbəxinin “Bəy şorbası” hazırlandı. Orada 100-dən çox aşbaz iştirak elədi. Aprelin 19-21-də isə  komandamız Monteneqronun Budva şəhərində keçirilmiş beynəlxalq kulnariya çempionatında iştirak etdi. Çempionatda 8 ölkə iştirak edirdi. Azərbaycan münsfilər heyətində təmsil edilmişdi. Komandamız gənclər kateqoriyasında 2 sinifdə, peşəkarlar kateqoriyasında isə 4 sinifdə iştirak etdi. Quliyeva Elnurə bürünc medal, Ələsgərova Gülnar bürünc medal, Musabəyli Azadə qızl medal, Cəfərli Ramin gümüş medal, Carullazadə Carulla bürünc medal qazandı. Beləkilə, komandamız 2 kateqoriyada 6 sinifdə 6 nəticə göstərdi. Gənclər qrupunda ilk dəfə Azadə Musabəyli iştirak etməsinə baxmayaraq, qızıl medal qazandı.

Yarışın ikinci günü isə peşəkarlar iştirak edirdi. Orada Elnurə Quliyeva bürünc medal qazandı və bunu mən çox böyük nailliyət hesab edirəm. Komandanın kapitanı qoyulmasaydı, bəlkə daha yüksək nailiyyət əldə edərdi. Yarışmaya “Azersun Holding” şirkətinin istehsalı olan “Super Sun” və “Zeytuna” yağları aparmışdıq. Yaxşı nəticə göstərməyimizdə “Azərsun Holding”in payı var və buna görə onlara təşəkkürümüzü bildiririk. Komandamız Monteneqroda olan müddətdə Azərbaycan  Respublikasının Monteneqrodakı nümayəndəliyinin daimi diqqəti altında oldu. Nümayəndəlik tərəfindən komandamız Azərbaycanın  görkəmli yazıçı-dramaturqu Hüseyn Cavidin abidəsini ziyarət etdik. Bu yarışmada iştirak etdiyimizə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycanın Monteneqrodakı  nümayəndəliyinin rəhbəri Seyran Mirzəzadəyə, keyfiyyətli məhsullara görə «Azersun Holding» şirkətinə təşəkkürümzü bildiririk”.

Komandanın kapitanı Elnurə Quliyeva da yarışma haqqında təəssüratlarını bölüşdü: “Yarışmada iki kateqoriya - R və G kateqoriyası vardı. R kateqoriyasında gənclər, G kateqoriyasında isə peşəkarlar iştirak edirdi. G-də şərtlər yumşaq idi. Yəni, onlar 50 dəqiqədə bir yeməyi təqdim etməli idilər, lakin iki porsiyada. Onun biri juriyə, biri isə şəkil çəkilməsi üçün təqdim olunurdu. Amma peşəkarlarda üç yemək verilməli idi - isti qəlyanaltı, isti yemək və desrt. İlk 60-cı dəqiqədə birinci qəlyanlatıı, 75-ci dəqiqədə ikinci yemək, 90-cı dəqiqədə isə desert juriyə təqdim edilməli idi. Əgər bu vaxtı çatdıra bilməsən, sənin digər iki yeməyinə də əhəmiyyət kəsb etmirdi. Yəni, 90 dəqiqə müddətində üç yemək hazırlayıb təqdim etməli idin”.

 

 

Rəqsanə

Tarix
28 Aprel 2015 [23:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin