Rasim Balayevdən Türkan Şorayla bağlı etiraf: "1 milyon dollar istədi" - VİDEO

Xalq artisti Rasim Balayev yeni açıqlaması ilə gündəmə gəlib. 

Ucnoqta.az qaynarinfo-ya istinadən xəbər verir ki, "O üz" proqramına qonaq olan aktyor türkiyəli həmkarı Türkan Şorayla bağlı bir faktı açıqlayıb. Balayev "Babək” filminin çəkilişləri zamanı "Zərnisə" obrazı üçün Türkan Şoraya müracitət edildiyini deyib:

"Mən bilmirdim "Babək” filminə çəkiləcəm. Məsələn: istədilər Türkan Şorayı bu filmə çəksinlər. Zərnisə obrazında olacaqdı. O demişdi ki, mən 1 milyon dollar (1 milyon 700 min AZN) istəyirəm. Bu məbləği verin, gəlim. Bizim dollarımız yox idi. Ona görə də o çəkilmədi".

Xatırladaq ki, rejissoru Eldar Quliyev olan "Babək" 1979-cu ildə ekranlaşdırılıb. Filmə Rusiya SFSR 650 min, Azərbaycan SSR isə 1 milyon rubl ayırıb. Ekran işi 60-a yaxın ölkə tərəfindən alınıb. 

Tarix
5 Dekabr 2022 [17:08]
Müəllif
Üç nöqtə
2022-12-05 17:08:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin