Ana səhifə
15 Noyabr 2018

Berlində tanınmış Azərbaycan rəssamı Arif Əzizin sərgisi açılıb – FOTO

Almaniyanın paytaxtı Berlin şəhərindəki “Gallery Schulz” qalereyasında tanınmış Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin “Ruhun Rəqsi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

 

 

 

Tədbirə 300-dən artıq qonaq qatılmışdı. Qonaqlar arasında ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, Azərbaycan diasporasının fəalları və incəsənət həvəskarları var idi. “Gallery Schulz” qalereyasının sahibi Mixael Şultz sərginin açılış mərasimində  çıxış edərək bildirib ki, dünya xalqlarının mədəniyyətlərində rast gəlinən hər-hansı bir naməlum hal məni hər zaman özünə cəlb etmişdir. Azərbaycana səfərim zamanı oradakı incəsənət və mədəniyyətlərin müxtəlifliyinə heyran oldum. Söhbət hər iki incəsənətdən gedir: həm tarixi, həm də ki müasir. M.Şultz Arif Əzizin yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında bağlayıcı kimi dəyərləndirib. O, deyib: “Arif Əzizin çoxşaxəli yaradıcılığı hər zaman dəyişən və abstrakt olmuşdur. Onun sənəti ilə yaxından tanış olduqda, onun bədii yaradıcılığının inkşafını və düşüncə tərzini anlamaq olar”.

Berlinli sənət sevərlər qarşısında çıxış edən əməkdar incəsənət xadimi Arif Əziz bildirib ki, Sovetlər Birliyi dövründə incəsənətin bir istiqaməti sayılan abstraksionizm üslubuna muraciət etmək yasaq idi. Əsas kimi  isə “Sosialist realizmi” götürülürdü.  Azərbaycan müstəqil dövlət olandan sonra rəssamların yaradıcılığına yeni nəfəs verildi. Bütün qadağalar aradan götürüldü.

Arif Əziz fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrərəngiz təbiətini, jaz musiqisini tərənnüm edən  obrazlar haqqında bəhs edib.  Bu mövzulara onun daha çox müraciət etdiyini qeyd edib.

Tədbirdə qeyd olunub ki, Arif Əziz öz nəslinin ən önəmli Azərbaycan rəssamlarından biridir. Onun əsərlərinin bədii zənginliyi və müxtəlifliyinin Azərbaycan incəsənətinin formalaşmasında əvəzsiz rolu olmuş, ona öz töhfələrini vermişdir. Onun yaradıcılığı özündə milli İslam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini unikal şəkildə birləşdirir.

Qeyd edək ki, Almaniyanın “Berlin TV” kanalı Arif Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb. 

 

 

 

Fidan

Tarix
28 Aprel 2015 [22:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin