Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix
4 Dekabr 2022 [10:00]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin