“YAŞAT”a toplanan vəsait açıqlanıb

23:16 - 3 Dekabr 2022 - Cəmiyyət

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 76 milyon manata çatır.

Ucnoqta.az xəbər verir ki, Fonda toplanan vəsait 75 806 682.09 manatdır. Həmin vəsaitdən 23 761 940.14 manatı fiziki şəxslər, 52 044 741.95 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 71 278 857.38 manatı xərclənib. Vəsaitin qalığı isə 4 527 824.71 manatdır.

Xəbər xətti