Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidən mövqelərimiz ATƏŞƏ TUTULDU

18:50 - 3 Dekabr 2022 - ÖLKƏ İÇİ

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanır.

Xəbər xətti