Laçın dəhlizi bağlandı - FOTO (YENİLƏNİB)

15:50 - 3 Dekabr 2022 - Xəbər

Laçın dəhlizinin bağlanmasının səbəbi məlum olub

Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərib. Mütəxəssislər Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsində olublar. 
Qeyd edək ki, artıq dəhlizdə nəqliyyatın hərəkəti bərpa olunub.


15:10

Xankəndi-Gorus avtomobil yolunun bağlanması ilə bağlı məlumatlar yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Məlumata görə, 2 saatdan çox müddətdə Şuşa-Daşaltı yol ayrıcında yolun bağlanması səbəbindən Xankəndindən Ermənistana kilometrlərlə tıxac yaranıb.


Xəbər xətti