Ana səhifə
26 Sentyabr 2018

425 min 650 nəfərə sosial müavinət ödənilib - Azərbaycanda

Bu ilin ilk 10 ayında Azərbaycanda 425 min 650 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib. Onlardan 334 min 650 nəfəri aylıq, 91 min nəfəri isə birdəfəlik sosial müavinətlərlə təmin olunub.

Ucnoqta.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, beşdən çox uşağı olan analara 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat aylıq sosial müavinət ödənilir. Beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 8299 nəfərdir.

Müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlər aprelin 1-dən 21,6 faiz artırılıb. Bu artım ümumilikdə 53 min 305 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

 

Tarix
20 Oktyabr 2014 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin