ABŞ Hizbullaha xidmət göstərən şəxslərə sanksiya tətbiq edib

16:37 - 2 Dekabr 2022 - DÜNYA

ABŞ Hizbullaha silahların alınması üçün maliyyə xidmətləri göstərən bir sıra fiziki və hüquqi şəxslərə sanksiya tətbiq edib

Ucnoqta.az xəbər verir ki, ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi dekabrın 1-də yaydığı açıqlamada, İranım dəstəklədiyi Hizbullah qruplaşmasına maliyyə imkanları təmin etdikləri üçün Livanda iki fiziki şəxs və daha iki şirkətə sanksiya tətbiq etdiyini açıqlayıb.

Məlumata görə, Hizbullah üçün silah alınmasında iştirak etdiyinə görə daha bir şəxs sanksiyaya məruz qalıb.

Qeyd edək ki, Livan Hizbullahı 1982-ci ildə İran İnqilabının Keşikçiləri Korpusu tərəfindən yaradılıb və ABŞ və bəzi Qərb ölkələri onu terror qruplaşması hesab edir.

Pünhan

Xəbər xətti