Rusiyanın itkiləri 90 mini ötdü

14:00 - 2 Dekabr 2022 - DÜNYA

Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya tərəfi 90 090 nəfər canlı qüvvə itirib.

Həmçinin Rusiyanın 2 916 tankı, 5 883 zirehli maşını, 1 905 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 262 helikopter, 1 564 PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 4 464 avtomobil texnikası və avtosisterni, 163 xüsusi texnikası məhv edilib.

Pünhan

Xəbər xətti