Ana səhifə
15 Oktyabr 2018

Bu ilin büdcəsi ən azı 10 faiz az icra olunacaq

Samir Əliyev: “Əgər neftin bir barrelinin qiyməti 80 dollar olsa, dollar 97-98 qəpiyə qədər ucuzlaşa bilər”

 

 

 

Son günlər manatın məzənnəsində sabitləşmə müşahidə olunur. Hətta az da olsa milli valyutamız xarici valyutalar qarşısında möhkəmlənib. Buna baxmayaraq əhali arasında narahatçılıq aradan qalxmayıb. Bəs. Əhalinin narahatlığına əsas varmı? Ekspertlərə görə,  manatın məzənnəsi neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq müəyyənləşəcək. Hazırda isə  baş bankda xirda korrektələrlə mövcud məzənnənin qorunub saxlanılacağı gözlənilir. Strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılı olacaq. Neftin dünya bazar qiymətinin hər barrel üçün 70 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün iqtisadçı ekspert Samir Əliyevə müraciət etdik.

 

 

- Samir müəllim neft bazarındakı son hadisələri necə qiymətləndirirsiniz?

- Son günlər dolların məzənnəsi manata nisbətən ucuzlaşır. Dünya bazarında da neft bahalaşır. Artıq onun bir barrelinin qiyməti 64 dollar həddini keib. Qiymət 64-65 dollar arasında dəyişir. Neftin bahalaşması isə manatın sabitliyinə olan əminliyi artırır.

 

- Manatı qarşıdan nə gözləyir?

- Biz həmişə qeyd etmişik ki, hər şey neftdən aslıdır. Neftin qiyməti bahalaşmayınca, manatın məzənnəsi artmayacaq. Göründüyü kimi neftin qiyməti psixoloji hədd olan 70 dolları hələ keçməyib. Belə olan halda manatın kursu ilə bağlı optimist fikrlər səsləndirməyə dəyməz. Manatın bu günki bahalaşmasını müvəqqəti hesab edirəm. Son vaxtlar Mərkəzi Bank psixoloji baxımdan manata qarşı inam yaratmağa çalışır. Proqnozlar göstərir ki, neft heç də bahalaşmayacaq. Baxmayaraq ki, dünyanın əsas neft ixracatçısı olan Səudiyyə Ərəbistanın müharibəyə qoşulması nefti bahalaşdıran səbəbdir. Neftin ucuzlaşma ehtimalı onun bahalaşma ehtimalından daha çoxdur. Çünki dünya bazarında neft hasilatının artması gözlənilir. İranın da bu prosesə qoşulması və digər səbəblər göstərir ki, bir müddətdən sonra neft yenidən ucuzlaşa bilər. Hətta 30 dollar və daha aşağı göstəricilər barədə proqnozlar söyləyənlər var. Amma mən düşünmürəm ki,neftin bir barreli bu səviyyəyə enə bilər. Mənim gözləntim 50-60 dollar arasıdır.  Əgər neftin bir barrelinin qiyməti 70 dolları keçərsə, manat ilin sonuna qədər sabit qalacaq. Hətta onun məzənnəsi dollara nisbətən müəyyən qədər arta bilər. Neft qiyməti  80 dollara qalxsa, bir dolların məzənnəsi 97-98 qəpik həddinə düşə bilər. Bunun əksi baş verərsə, yəni neftin bir barreli 40 dollaradək ucuzlaşarsa, ikinci devalvasiya baş verəcək, ən azı manat 20 faiz ucuzlaşacaq. Deməyim odur ki, istənilən halda manatın məzənnəsi neftin qiymətindən aslı olacaq.

 

- Samir müəllim, şəhərdə bəzi valyuta dəyişmə məntəqələrinin bağlanılması müşahidə edilir. Bunu necə başa düşmək olar?

- Mən bu məsləyə tək valyuta dəyişmə məntəqəsi timsalında yanaşmazdım. Bunu tam olaraq bankın problemi kimi xarakterizə edərdim. Çünki devalvasiyadan sonra bankların vəziyyəti xeyli çətinləşib. Başqa sözlə devalvasiya nəticəsində banklar xeyli zərərə düşüb. Burda söhbət bir neçə yüz milyon manat vəsaitdən gedir.  Öz valyuta ehtiyatlarını düzgün idarə edə bilməyən banklar birdən-birə devalvasiyaya görə kifayət qədər ziyana düşdülər. Onların bu vəziyyətə düşməyində həmin valyuta dəyişmə məntəqələrinin də rolu oldu. Artıq bunlar real təhlükə mənbəyinə çevriliblər. Əgər növbəti devalvasiya olarsa və ya manatın kursunda hər hansı oynama olarsa, bu bankın vəziyyətini daha da çətinləşdirə bilər. Hesab edirəm ki, banklarda hardasa valyuta ehtiyatlarını bağlamaq halları baş verir. Bunun məntiqi nəticəsi olaraq məntəqələrin sayı da azaldılır. Bildiyimiz kimi valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərmək üçün bankdan lisenziya alır. Bankda həmin məntəqəni zəruri vəsaitlə, xüsusən xarici valyuta ilə təmin edir. İndi bank öz valyuta hesabını bağlayanda, bu o deməkdir ki, məntəqələr valyuta ilə təmin olunmur və ya məhdud təmin edilir. Nəticədə  onların fəaliyyəti üçün əlverişli şərait olmur.

 

- Hökumət rəsmilərinin açıqlamasından belə başa düşülür ki, cari ilin büdcəsi ixtisar olunmayacaq...

- Cari ilin büdcəsi proqnozlaşdırılan zaman qeyd etdik ki, neftin bir barrelinin büdcədəki baza qiymətinin 90 dollar götürülməsi çox yüksəkdir, 70-80 dollar götrülsə daha yaxşı olar. Açığı deyim ki, neftin qiymətinin bu həddə düşəcəyini də gözləmirdik. Baza qiyməti 90 dollar götrülsə də, sonda gəlib ötən ilki 100 dollarlıq büdcədən də böyük büdcə alındı. Hiss olundu ki bu hesablama əsasında aparılmayıb. Manata qarşı təzyiqin aradan qaldırılmasının şərtlərindən biri də dövlət büdcəsinə yenidən baxılmasıdır. Yəni ixtisar aparılmalıdır. Əks halda milli valyutaya təzyiq çox olacaq. Düzdür Neft Fondu müəyyən mənada zərəri kompensasiya edir. Amma Neft Fondunun özünün problemi var.  İlk dəfə olaraq Neft Fondunun büdcəsində 1,7 milyard dollara bərabər kəsr yaranıb. Ona görə də, büdcəni doldurmaq üçün yenidən devalvasiyaya gedilməlmi, ya da ixtisar həyata keçirilməlidir. Ola bilər ki, hökumət cari il büdcəsini ixtisar etməsin. Amma icranı azaltsın. Xatırlayırsınızsa 2009-cu ildə büdcə 19 faiz az icra olundu. Belə olan halda, bu ilin büdcəsinə may ayında baxılmaya bilər. Sadəcə xərcləri azalda bilərlər. Əminəm ki, ilin sonunda büdcənin nəzərdə tutlandan 10 faiz az icra olunduğu məlum olacaq. Bu variantın seçilməsi daha inandırıcıdır.

 

- Amma gələn ilin büdcəsində baza qiymətinin 50 dollar götürüləcəyi açıqlanıb. Bu zaman nə baş verə bilər?

-Büdcənin 50 dollardan nəzərdə tutulması normaldır. Belə olarsa. Oeun həcmi bu ilki büdcədən əhəmiyyətli dərəcədə az olacaq. Əgər doğurdan da büdcəni azaltsalar, Neft Fondunun transfertinin həcmini artırmasalar, bunu normal qarşılamaq olar. Eyni zamanda onu da nəzərə alaq ki, büdcənin azaldılması ölkə iqtisadiyyatı üçün problem yaradır. Bütün investisiya xərcləri büdcədən gedir. Büdcənin azalması həmin xərclərin azalması deməkdir. Bu da iqtisadi aktivliyə təsir edir. Amma inanmiram baza qiyməti 50 dollar götrüləcək. Soradan neftin baza qiyməti artırılaraq 60 dollardan hesablana bilər. Bu neftin qiymətindən asılı olacaq.

 

- Problemlərdən çıxış yolu nədədir?

- Çıxış yolu qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, neftin rolunu iqtisadiyatda azaltmaqdar. Neftin baza qiymətini elə bir həddə götürmək lazımdır ki, o ölkə iqtisadiyyatına həlledici təsir göstərməsin. Sahibkarlığın inkişaf etdirilməsinin yolu idxal üzərində monopoliyanı aradan qaldırılmasıdır. Bu həm də devalvasiya nəticəsində qiymət artımının qarşısının alınması deməkdir.

 

- Yəqin ki, qeyri-neft sektorunun inkişafı üçün indi atılacaq adıımlar gələn ilin büdcəsində özünü göstərə bilməyəcək...

- Əlbəttə, bu addımlar daha əvvəl atılmalı idi. Bu gün bu istiqamətdə ciddi addımlar atılsa. heç də qısa müddətdə öz təsirini göstərə bilməz. Hər halda indi tədbirlər görülsə növbəti neqativ halların qarşısı alına bilər.

 

- Banklar manatla kredit vermir?

- Bəli, devalvasiyadan sonra banklar manatla verilən kreditlərin demək olar ki, dayandırıblar. Tək-tük bank hazırda milli valyutada kredit verir. Onun şərtləri ağır olduğundan hamı üçün əlçatan deyil. Bank sektorunun kredit qoyuluşu faktiki olaraq tormozlanıb. Banklar xarici valyutada kredit təklif edir, əhali və sahibkarlar isə manatla kredit istəyir. Hər ikisi özünü potensial devalvasiyadan qorumaq üçün dollarda borc verib, manatla borc almaq istəyirlər. Bir tərəfdən xarici öhdəlikləri, digər tərəfdən depozitlərin dollarlaşması bankların manatla kredit vermək imkanlarını məhdudlaşdırır. Üstəgəl cəmi öhdəliklərin yarısını təşkil edən və ildən-ilə artan xarici öhdəliklər bankların devalvasiya gözləntilərinə qarşı həssaslığını artırır. Kreditləşmənin indiki səviyyəsi təkcə əhali və sahibkarlar üçün deyil, həmçinin banklar üçün problem yaradır. Bankların faiz gəlirlərinin azalması baş verəcək ki, bu da kredit təşkilatlarının onsuz da yaxşı olmayan maliyyə vəziyyətini daha da pisləşdirəcək. Fikrimcə, banklar kredit strategiyasına dəyişiklik etməlidir. Bunun ən uğurlu yolu dollarla verilən kreditlərin faiz dərəcəsinin aşağı salınması ola bilər. Bank əmanət cəlbində dollar əmanətlərinin faizini kəskin azaldıblar. Artıq manat əmanətləri ilə dollar əmanətləri arasında fərq xeyi artıb. Yəni, dollarla vəsait cəlbi nisbətən ucuzlaşıb. Bu ucuzlaşmadan istifadə edərək banklar təcili sürətdə dollarla kredit təklifini əhəmiyyətli yumşaldaraq faiz dərəcəsini aşağı salmalıdır. Bu halda əhali ucuz dollar kreditinə üz tuta bilər.

 

 

Əfsun

Tarix
28 Aprel 2015 [20:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin