Braziliyalı futbolçu təcili xəstəxanaya yerləşdirildi

19:17 - 30 Noyabr 2022 - Xəbər

Braziliyalı futbolçu Pele təcili xəstəxanaya yerləşdirilib

Ucnoqta.az xəbər verir ki, bu barədə ESPN Brasil məlumat yayıb. Əfsanəvi hücumçu Pele xərçəng xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib.

Braziliyalı futbolçuya bədənin ümumi ödemi, o cümlədən dekompensasiya olunmuş ürək çatışmazlığı, həmçinin çaşqınlıq diaqnozu qoyulub. 

Pele son aylarda heç bir nəticə verməyən kimyaterapiya edir.

İndi 82 yaşlı hücumçu xəstəxanada müayinə olunur.

Emin

Xəbər xətti