Goranboyda zəlzələ oldu

17:30 - 30 Noyabr 2022 - HADİSƏ

Goranboyda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:50-də Gəncə stansiyasından 29 km cənub-şərqdə Goranboy rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin maqnitudası 3.8, dərinlik 20 km olub.

 

Xəbər xətti