Deputat Azərbaycanın adının dəyişdirilməsini TƏKLİF ETDİ

12:13 - 29 Noyabr 2022 - SİYASƏT

"Fikrimcə, ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub". 

Ucnoqta.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Azərbaycanda yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu düşünürəm. Biz Bütöv Azərbaycanın cəmi 20 faizini təmsil edirik. Ancaq Azərbaycan adından imtina etməməliyik. Bu, soydaşlarımıza stimul da verərdi".

Deputat Cənubi və Şimali Koreya adlı iki dövlətin olmasını buna misal kimi göstərib.

Xəbər xətti