Türkiyə Silahlı Qüvvələrinin quru əməliyyatında ilk hədəflərin Ayn əl-Ərəb, Mənbic və Tel Rifat olacağı gözlənilir.
Ucnoqta.az xəbər verir ki, ABŞ və Rusiya da Türkiyənin tələbini qəbul etmək üçün terror təşkilatı PYD/YPG-yə M4 şossesinin cənubuna çəkilmək üçün təzyiqləri artırıb. Terror təşkilatı PYD/YPG sərhəd xəttindən 30 kilometr geri çəkilməlidir.
Bu arada Türkiyənin bölgədə 30 kilometr dərinlikdə "Təhlükəsizlik Kəməri" yaratmaq planını həyata keçirmək üçün hazırlıqlarını davam etdirir. "Təhlükəsizlik Kəməri" Suriyanın şimal-şərqində qərbdən şərqə doğru uzanır.