Boksçu Alvares Messinin hərəkətindən narazıdır

12:46 - 28 Noyabr 2022 - İDMAN

Boksçu Saul Alvares Argentina milli futbol komandasının kapitanı və hücumçusu Lionel Messinin paltardəyişmə otağındakı hərəkətindən narazı qalıb.

Ucnoqta.az xəbər verir ki, o, Messinin Meksika ilə qalibiyyət oyunundan sonra rəqib futbolçunun köynəyinə təpik atması ilə bağlı videoya münasibət bildirərkən deyib:

"Messinin soyunub-geyinmə otağının bizim futbol köynəyi və bayrağımızla döşəməsini sildiyini gördünüzmü? Allaha dua edirəm ki, onunla qarşılaşmayam,nəticəsi çox ağır olar. Argentinaya hörmət edirəm və Meksikaya hörmətin olmasını istəyirəm".

Xəbər xətti