Ana səhifə
20 Noyabr 2018

“Xəzər”dən qovulan qalmaqallı jurnalist ATV-yə getdi

Xəzər TV-nin keçmiş əməkdaşı Zümrüd Dəmirova bundan sonra ATV telekanalında çalışacaq.

 

Ucnoqta.az axar.az-a istinadən xəbər evrir ki, jurnalistin bundan sonra “ATV xəbər”də müxbir kimi işləməsi nəzərdə tutulub. Zümrüd Dəmirovanın noyabrın 1-dən etibarən “ATV Xəbər” proqramında işə başlayacağını deyib. O, həmçinin jurnalistin sosial mövzularda özəl reportajlar hazırlayacağını söyləyib.

 

Qeyd edək ki, bundan öncə Xəzər TV-də çalışan Zümrüd Dəmirova bu kanalın keçmiş rəhbəri Hüseyn Dinləməzlə aralarında yaranan gərginliyə görə işdən çıxarılmışdı. Zümrüd Dəmirova H.Dinləməzdən telekanalın təsisçisi Asəf Hacıyevə şikayət etsə də, bunun da xeyiri olmamışdı.

 

Jurnalist işdən qovulduqdan sonra daha bir neçə televiziyaya üz tutsa da, onlar da qapılarını müxbirin üzünə qapatmışdılar. Məlumatda bildirilir ki, Xəzər TV-nin keçmiş rəhbərliyi işdən çıxartdığı əməkdaşlarının digər kanallarda işə düzəlməsinin qarşısını almaq üçün çalışırdı. Məhz bu fakta görə də işdən çıxan əməkdaşlar H.Dinləməzə qarşı sosial şəbəkədə və elektron mediada sərt ittihamlar səsləndirirdilər.

 

Onu da xatırladaq ki, Zümrüd Dəmirova əvvəllər də ATV-də işləyib və bu kanal ona yad deyil. 

 

Tarix
20 Oktyabr 2014 [12:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin