Ana səhifə
25 Sentyabr 2018

Tanınmış şair, jurnalist Böyükkişi Heydərli vəfat edib

Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli dünyasını dəyişib.

 

 

Ailəsindən APA-ya verilən məlumata görə, Böyükkişi Heydərli bu gün səhər ağır xəstəlikdən vəfat edib.

 

Onun xərçəngdən əziyyət çəkdiyi bildirilib.

 

Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

 

İlk şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1991-1992-ci illərdə"Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni Müsavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

 

Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.

Tarix
28 Aprel 2015 [11:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin