Ana səhifə
13 Noyabr 2018

NİDA -çıların şikayətinə baxılacaq

"Ucnoqta.az" xəbər verir ki, “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri ilə bağlı verilmiş kassasiya şikayətinə baxılma vaxtı məlum olub. Vəkil Fariz Namazlının apa-ya verdiyi məlumata görə, kassasiya şikayətinə noyabrın 5-də baxılacaq.

 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən həmin iclasın qərarından Ali Məhkəməyə şikayət edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8,  Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

B. Quliyev və Ş. Novruzlu prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 

 

Tarix
20 Oktyabr 2014 [12:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin