Bu yolda nişanlanma ilə bağlı problem həll olundu

09:11 - 25 Noyabr 2022 - AVTO

Bakı dairəvi yolunda sürücüləri narahat edən, nişanlanma ilə bağlı problem həll edilib.

Ucnoqta.az xəbər verir ki, yolun Alatavanın bərabərində sağ kənar hissədən sola - orta hərəkət hissəsinə keçid edərək

Biləcəriyə getmək üçün olan kəsiyi qarşısında sol zolaqdakı nişanlanma oxu dəyişdirilib. Qeyd edək ki, həmin ox sol zolaqdan yalnız sola hərəkətə icazə verirdi.

Bu da sola gedən avtomobillərin sayına uyğun deyildi. İndi sol zolaqdan həm düzünə, həm də sola getmək olar.

Xəbər xətti