Ana səhifə
20 Sentyabr 2018

Ebola virusunu yayan heyvanın adı bəlli oldu

Minlərlə insanın ölümünə səbəb olan Ebola virusunu yayan heyvanın adı bəlli olub. 

 

Qvineyada Ebola qızdırmasından ilk ölən uşağın ölümünə səbəb virusun mənbəyi olan vəhşi heyvanı yeməsi olub. 

 

Ucnoqta.az xəbər verir ki, mütəxəssislərin fikrincə, Qərbi Afrikada Ebola virusu meyvə yarasasına görə yaranıb. 

Qızdırmanın ilk qurbanı cənub şərqi Qvineyada vəhşi heyvanın ətini yeyən iki yaşlı uşağın olduğu deyilir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, meyvə yarasaları Ebola virusunun həqiqi mənbəyidir. 

 

Meşə təsərrüfatı sahəsi üzrə beynəlxalq araşdırmalar mərkəzi hər il Afrikada, Konqo gölü hövzəsində 5 milyon ton vəhşi heyvan ətinin (yarasa, şimpanze, qorilla və s.) istehlak edildiyini hesablayıb. 

 

Xatırladaq ki, Qərbi Afrikada Ebola virusunun qurbanlarının sayı 4,5 min nəfəri ötüb. Virusa yoluxanların sayı isə 9 min nəfərdir. Ölüm hadisələrinin əksər hissəsi Qvineya, Liberiya və Syerra-Leone ölkələrində baş verir. (AzNews.az)

 

Tarix
20 Oktyabr 2014 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin