Ana səhifə
24 Sentyabr 2018

Bələdiyyə sədri döyüldü, məmur işdən çıxarıldı…

Masallıda Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovu döyən sahibkar İlham Abışovun ölkədən çıxışına qadağa qoyulub.


Ucnoqta.az xəbər evrir ki, axar.az-a məlumat verən qaynağımız deyir ki, sahibkara faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir və ölkədən kənara çıxması yasaqlanıb. Amma Rusiya vətəndaşı olan İlham Abışov məsuliyyətə cəlb olunmayıb və barəsində həbs qətimkan tədbiri seçilməyib. 


Əldə etdiyimiz xəbərə görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi gizli torpaq satışı ilə bağlı mübahisə olub. Mənbəmiz əlavə edir ki, torpaq alverində barmağı olduğu iddia edilən Gəyəçöl icra nümayəndəsi Elman Rəhimov artıq işdən azad edilib. 


Xatırladaq ki, bələdiyyə sədri Bəybala Əsədovla Rusiya vətəndaşı olan sahibkar İlham Abışov arasında torpaq üstündə düşən mübahisə davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham Abışov həm də Gəyəçöl kəndində şadlıq evinin sahibidir.


Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif Əliyev  açıqlamasında B.Əsədovun döyülməsi faktını təsdiqləmişdi. 

 

Tarix
20 Oktyabr 2014 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin