Ana səhifə
24 Sentyabr 2018

Azərbaycan İranla neft-qaz Memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndə heyəti İrana işgüzar səfər zamanı İranın Neft Sənayesi Elmi Tədqiqat İnstitutunda olublar.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı zəngin elmi potensiala və kadr resurslarına malik hər iki tərəf arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib və qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandumda neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi, ehtiyatların qiymətləndirilməsi, geoloji-hidrodinamik modellərin qurulması, ekoloji məsələlərin həlli, neft sənayesi üçün kimyəvi maddələrin işlənməsi, eləcə də nanotexnologiyaların tədqiqi, tətbiqi və digər istiqamətlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Görüşdə ARDNŞ-nin İrandakı nümayəndəliyinin başçısı Oqtay Sadıqzadə və məsul əməkdaşı Murtuza Bagheri iştirak ediblər.

Tarix
3 Oktyabr 2014 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin