Ana səhifə
15 Noyabr 2018

Prezidentin Mühafizə Xidmətinin polkovniki sədr oldu

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin polkovniki Elmar Məmmədovun sədri olduğu Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın Dubay şəhərində regional ofisi açılır. 
 

 

Ucnoqta.az qafqazinfo-ya xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Elmar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda ofisin açılması üçün təşkilati məsələlər həll olunur. E.Məmmədov bildirib ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni, idman və turizm əlaqələrinin inkişafına dəstək vermək üçün bir sıra layihələr həyata keçirir. Eyni zamanda Alyans öz imkanlarından istifadə edərək Azərbaycan və Ukrayna həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yardımçı olur.

 

Qeyd edək ki, yay aylarında alyansın Ukraynanın Truskovetsk şəhərində də regional ofisinin açılış mərasimi olub. Xatırladaq ki, E.Məmmədov uzun illər Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb.

 

Tarix
20 Oktyabr 2014 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin