Ana səhifə
20 Sentyabr 2018

Braziliyada Azərbaycan həftəsi keçirilib- FOTOLAR

23-26 aprel tarixlərində Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycanın Braziliyadakı Səfirliyinin təşkilatçılığı və Rio de Janeyro Şəhər Prefekturasının nəzdində olan Cidade das Artes Fondunun birgə əməkdaşlığı ilə Braziliyada Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib.

 

 

 

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, mədəniyyət həftəsinin “Azərbaycan: dünən, bu gün, sabah” adlı fotosərginin nümayişi və Azərbaycan mətbəx nümunələrinin təqdimatı ilə açılışı olub. Tədbirdə çıxış edən Azərbaycanın Brazilyadakı səfiri Elnur Sultanov adıçəkilən mədəniyyət həftəsinin Braziliya ictimaiyyətinə Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaratdığını və Azərbaycan ilə Braziliya arasında əməkdaşlığa töhfə verəcəyinə əmin olduğunu bildirib.

 

“İncəsənət şəhəri” mərkəzinin prezidenti Emilio Kalil çıxış edərək Azərbaycanın unikal mədəniyyətə və incəsənətə malik olmasından bəhs edib.

 

Sonra baş tutmuş Qala konsertdə “Qarabağ” muğam triosu xanəndə Arzu Əliyevanın ifasında “Şuşanın Dağları”, “Qarabağ şikəstəsi”, “Qatar” və “Bayatı Şiraz” təsnifləri və digər Azərbaycan muğam incilərini səsləndirib. Azərbaycan Dövlət Rəqs Ansamblı “Cəngi”, “Qarabağ”, “Vətən” və digər məhşur milli rəqsləri təqdim edib.

 

Aprelin 25-də Braziliyanın ən möhtəşəm mədəniyyət ocağı sayılan “Bələdiyyə Teatrında” (Teatro Municiral) Azərbaycanın xalq artisti, maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Simfonik Orkestrinin konserti baş tutub.

 

Tədbir ərzində İncəsənət Şəhəri mərkəzində keçirilən Azərbaycan mətbəxinin təqdimatları yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Mədəniyyət həftəsi çərçivəsində, həmçinin, “Nabat” və “Vəkil Haradadır” kimi müasir Azərbaycan filmləri nümayiş olunub.

 

Bundan başqa, tədbir ərzində yerli ictimaiyyətə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən, eləcə də “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş çap materialları paylanılıb. Həmçinin, ölkəmizin turistik imkanlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.

 

Azərbaycan Mədəniyyəti Həftəsi Braziliya ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb və yerli KİV-də geniş şəkildə işıqlandırılıb.

Tarix
27 Aprel 2015 [23:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin