Ana səhifə
22 Sentyabr 2018

AMEA mətbuat xidmətindən - təkzib

13:41

AMEA mətbuat xidməti şöbəsinin mütəxəssisi Baba Əliyev "Ucnoqta.az"-a bildirdi ki, Səid Hüseynov öz vəzifəsində qalır. O vəzifəsindən azad olunmayıb və ya yeri dəyişdirilməyib.

***

11:58

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov tutduğu vəzifədən azad edilib.

 

Ucnoqta.az  axar.az-a istinadən xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin oktyabrın 15-də keçirilən iclasında qəbul olunmuş qərarla İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi yaradılıb.

 

Şöbənin rəhbəri Səid Hüseynov tutduğu vəzifədən azad edilib və işləmək üçün Geologiya İnstitutuna göndərilib.

Məlumata görə, yeni yaradılmış idarəyə Zülfüqar Fərzəliyev təyin olunub.

Zülfüqar Fərzəliyev bundan öncə "Elm" qəzeti və "Elm və həyat" jurnalının baş redaktoru vəzifəsini icra edib.

Qeyd edək ki, işdən çıxarılan Səid Hüseynov bu vəzifəyə ötən ilin iyununda təyin edilmişdi.

Tarix
20 Oktyabr 2014 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin