Ana səhifə
15 Oktyabr 2018

Nuşirəvan Məhərrəmli seriallardan danışdı

Ucnoqta.az bildirir ki, Milli Televiziya və Radio Şurası Azərbaycanda teleserialların çəkilişinə xüsusi sahə kimi baxmır. Bu barədə Trend-ə müsahibəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, seriallarla bağlı məsələ müvəqqəti xarakter daşıyır: “Dövlət davamlı şəkildə serialların çəkilişi üçün vəsait ayırmayacaq. Bu, bir neçə il ərzində olan prosesdir. Ona görə də MTRŞ bu məsələyə xüsusi sahə kimi baxmır. Əgər biz bu məsələyə xüsusi bir sahə kimi baxsaq, o zaman bu sahə ilə bağlı ayrıca qurum yaranmalı və mövzuların seçilməsindən tutumuş, o mövzuların həyata keçirilməsinə, serialların çəkilməsinə bir qurum nəzarət etməlidir. Bizim buna fiziki imkanımız yoxdur”.

MTRŞ sədri vurğulayıb ki, teleseriallarla bağlı cəmiyyətdə hələ tam fikir formalaşmayıb.

N.Məhərrəmli qeyd edib ki, Azərbaycanda kino sahəsi ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur: “Nazirlik kinolar çəkir və həmin kinoların çəkilişində də xüsusi mövzular yer tutur. Serialların adından göründüyü kimi isə, onlar daha çox məişət xaraketrli mövzulara həsr olunur. Azərbaycanda da serialların çəkilişi yenidir və onların da mövzularının seçilməsi sərbəstdir. Hər bir televiziya kanalı hansı mövzuya müraciət edirsə, bu, onların daxili işidir, biz onların işinə qarışmırıq. Seriallar çəkilərkən televiziya kanallarında reytinq məsələsinə baxırlar. Bu da onların müstəqil siyasətidir və biz onlara nəyin necə çəkilməsi barədə göstəriş verə bilmərik. Bizim belə bir səlahiyyətimiz yoxdur”.

N.Məhərrəmli əlavə edib ki, əgər MTRŞ televiziya kanallarında gedən verilişlərin məzmununa müdaxilə edə bilmirsə, o zaman serialların da məzmununa müdaxilə edə bilməz: “Yəni bu, televiziya kanallarının daxili işidir. Sadəcə biz onlara tövsiyələr veririk və tövsiyələr də daha çox həm hərbi-vətənpərvərlik mövzusundadır, həm də milli-mənəvi dəyərlərə sadiqlik məsələsindədir. Hərbi-vətənpərvərlik bir az çətin mövzudur. Çünki bu mövzuda çəkilişlərdə hərbi texnikadan istifadə etmək lazım olduğundan müəyyən çətinliklər yaranır, bizim verdiyimiz vəsait buna bəs etmir. Ancaq teleserialları çəkən qurumların üzərinə böyük məsuliyyət düşür ki, onu elə çəksinlər ki, adi məişət hadisəsində də vətənpərvərlik mövzusu ön planda olsun”.

 

Tarix
20 Oktyabr 2014 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin