Ana səhifə
14 Noyabr 2018

Bakıdakı universitetlər bu ərazilərə köçürüləcək - SİYAHI

Ələt Səngəçal, Zığ, Xocahəsən, Dübəndi , Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacaq. “Ucnoqta.azxəbər verir ki, bu barədə AzNews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. 

 

Gələcəkdə şəhərdə sıxlığı azaltmaq üçün bəzi ali təhsil müəssisələri şəhərdən kənara köçürüləcək və yeni universitetlərin yaradılması üçün yürlər ayrılacaq. Böyük Bakının Regional İnkişaf Planında nəzərdə tutulan işlərin yaxın gələcəkdə gerçəkləşəcəyi bildirilib. Qurumdan onu da qeyd ediblər ki, Ziğ qəsəbəsiondə Təhsil, Elm və Texnologiyalar Parkının da yaradılacağı nəzərdə tutulub. 

 

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

 

Tarix
20 Oktyabr 2014 [11:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin