Ana səhifə
21 Fevral 2018

Xoşqədəm Hidayətqızı Doğuşla müqavilə bağlayacaq

Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva həyat yoldaşı Doğuşla nikah müqaviləsi bağlayacaq.

 

 

 

Ans press-in məlumatına görə, ANS TV-də yayımlanan "Xoşqədəmlə səni axtarıram" proqramının aparıcısı bu barədə sosial şəbəkədə yazıb. Xoşqədəm xanım bu addımı ilə qadınlara örnək olmaq istədiyini bildirib:

 

"Mən hər zaman yeni ailə quranlara nikah müqaviləsi bağlamağı məsləhət görmüşəm. Nədənsə bu müqavilənin adı gələndə hamı qorxur. Niyəsini özüm də bilmirəm. Məncə, biz tanınan insanlar gələcəkdə ayrılarkən övladına ailment belə ala bilməyən qadınlarımıza bir cəsarət olsun deyə, bu müqaviləni birinci bağlamalıyıq. Onsuz da, biz ayaqda duran insanlar üçün bu müqavilə lazım deyil, yəni bu bizim üçün formal bir şeydir. Amma öz haqqını müdafiə edə bilməyən, çarəsiz xanımlarımızı gələcəkdə qarşılaşacaqları çətinliklərdən qorumaq üçün bizlər bu addımı atmalı və bununla da nikah müqaviləsinin önəmli olduğu mesajını verməliyik. Bir-birini sevən insanlar üçün bu müqavilə adi bir şeydi. Qorxmağa dəyməz!"

Tarix
26 Aprel 2015 [16:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ