Ana səhifə
17 Noyabr 2018

Astroloji proqnoz

Xərçənglər üçün gözəl gündür - ULDUZ FALI

Oktyabrın 20-ə olan astroloji proqnoz

 

QOÇ – Texniki cihazlarla ehtiyatlı davransanız, ixtiyarınızda olan bu təqvimi könül xoşluğu ilə başa vuracaqsınız. Sizə hörmət bəsləyən kəslərə siz də laqeyd yanaşmayın. Ac qalmayın.

 

BUĞA – Hər bir məsələyə cəld reaksiya verməyiniz, bəzən son sözü əvvəldə deməyiniz sizi gözdən salır. Bu baxımdan bir qədər ayıq olmağınıza ehtiyac duyulur. Gün ərzində sevgidən qidalanın.

 

ƏKİZLƏR – İçtirakçısı olduğunuz hadisələrdə bədbin düşüncələrə qapılmayın. Çünki ulduzlar sizə saat 12-dən etibarən böyük perspektivlər vəd edir. Dost bildiklərinizə elə dost kimi baxın.

 

XƏRÇƏNG – Yeni layihələri gözdən keçirmək, təcrübəli insanlarla müzakirələr aparmaq üçün çox gözəl gündür. Belə fürsəti əldən buraxmaq olmaz, xüsusən də saat 16-18 arası. Gecəni öz evinizdə keçirin.

 

ŞİR – Günün ümumi mənzərəsi gərgin fonla müşahidə olunduğundan bütün vacib işlərinizi təxirə salmalısınız. Bu gün yaxşı olar ki, məişət və müalicə ilə bağlı planlarınızla məşğul olun.

 

QIZ – Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün günün ilk yarısında daha diqqətli olmalı, heç bir riskli və yeni işlərə başlamamalısınız. Sonrakı müddətdə bütün məsələlərdə sərbəstsiniz.

 

TƏRƏZİ – Darıxdırıcı məqamlarınız artıq başa çatmaq üzrədir. Bu səbəbdən boş-boşuna oturmamalı, ümid işığı gələn bütün istiqamətlərə baş vurmalısınız. Dost köməyinə arxa çevirməyin.

 

ƏQRƏB – Dünənki kimi bu gün də sizi maddi uğurlar müşayiət edəcək. Çalışın ki, belə gözəl məqamda kimlərinsə qəlbini qırmayasınız. Əksinə, çoxdan görmədiyiniz doğmalarınızla mütləq əlaqə yaradın.

 

OXATAN – Mistik düşüncələrdən uzaq olun. Hər hansı falçıya üz tutmaqdansa problemlərin həllini özünüzdə axtarın. Unutmayın ki, Allaha sığınan bəndə sıxıntıya mübtəla olmaz. Axşam qonaq getməyə dəyər.

 

OĞLAQ – Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Bütün cinahlardan ovqatınızı yüksəldəcək xəbərlər duyacaqsınız. Amma istənilən prosesdə obyektivliyinizi də qorumalısınız. Səfərə çıxmayın.

 

SUTÖKƏN – Ailə üzvlərinizlə daha mehriban davranın, küsülüləri barışdırın, sədəqə verin. Bir sözlə, elə addımlar atın ki, yalnız savab qazanasınız. Bu günü yalnız bu minvalla başa vurun. 

 

BALIQLAR – Səfərə çıxmaq üçün olduqca səmərəli gündür. Əgər imkan varsa, yola çıxın. Alınmırsa, yaxın ünvanlarda yaşayan doğmalarınıza baş çəkin. Bu gün aldığınız iş təkliflərinə tələsik razılıq verməyin.(musavat.com)

 

Tarix
20 Oktyabr 2014 [11:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin