Ana səhifə
12 Noyabr 2018

Prezidentdən Adelaida Məmmədovanın vəfatı ilə əlaqədar BAŞSAĞLIĞI

Prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün həyat yoldaşı və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anası Adelaida İrza qızı Məmmədovanın vəfatı ilə əlaqədar başsağlığı verib.

 

 

Ucnoqta.az-ın AzərTAc-a istinadən xəbərinə görə, başsağlığında deyilir:

 

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova aprelin 25-də ömrünün 93-cü ilində vəfat edib.

 

 

Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tbilisi şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlayıb.

 

 

1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilib. Adelaida xanımın diqqəti və qayğıkeşliyinin nəticəsi olaraq muzeydə Azərbaycan mədəniyyətinin həqiqi ocağı yaradılıb və muzey milli mənəvi dəyərləri gələcək nəsillərə çatdıran mərkəzlərdən birinə çevrilib.

 

 

Adelaida Məmmədova Bülbül irsini mühafizə etməklə, bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərib. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi kimi tanınırdı.

 

Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülüb.

 

Qayğıkeş və səmimi insan Adelaida İrza qızı Məmmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

 

Allah rəhmət eləsin!

 

İlham Əliyev

 

Artur Rasizadə

 

Oqtay Əsədov

 

Ramiz Mehdiyev

 

Elçin Əfəndiyev

 

Hacıbala Abutalıbov

 

Fatma Abdullazadə

 

Əbülfəs Qarayev

 

Firəngiz Əlizadə

 

Anar Rzayev

 

Fərhad Bədəlbəyli

 

Əlibaba Məmmədov

 

Arif Babayev

 

Siyavuş Kərimi

 

Akif Məlikov

Tarix
26 Aprel 2015 [10:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin