Ana səhifə
24 Sentyabr 2018

"Dövlətlərin inkişafında qadınların rolu”

"Ucnoqta.az" xəbər verir ki, bu gün Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir. AzərTAc bildirib ki, Konfrans Qurandan ayələrin oxunması ilə başladı. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra IV konfransın sədri, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto çıxış etdi. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək konfransın gündəliyi haqqında məlumat verdi. Bildirildi ki, Komitə tərəfindən təşkil edilən konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə ediləcək. Beşinci konfransda Bakı Bəyannaməsi qəbul olunacaq.

Tarix
20 Oktyabr 2014 [11:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin