Ana səhifə
17 Noyabr 2018

Oğru qadını sabunlayıb çıxardılar - FOTO

Oğurluğa yollandığı evə bacadan düşməyə çalışan qadının istəyi puç olub.

Hisli bacada ilişib qalan oğru qadın ağlamağa, yardıma adam çağırmağa başlayıb.

Evdə kimsə olmadığından o, saatlarla bacanın içində qalıb.
 

Qadının naləsini, qışqırtılarını qonşular eşidənldə polis çağırıblar.

Hadisə yerinə yollanmış polislə yanğınsöndürənlər bacada ilişib qalmış qadını zorla çıxara biliblər.

 

Ucnoqta.azABC-yə istinadən bildirir ki, hadisə ABŞ-ın Kaliforniya ştatındakı Tauzend Ouks şəhərində yaşanıb.
 

30 yaşlı Jenevyeva Nunyes-Fiqeroa oğurluq etmək üçün növbəti evi seçmişdi. O, ikimərtəbəli evə bacadan girmişdi.

Oğru qadının məqsədi evi qarət edəndən sonra qapını açıb aradan çıxmaqdı.
 

Fəqət, alınmadı və qadın hisli bacada ilişib qaldı.

Bacada ağlayan, çığıran qadının səsini eşidən qonşular polisə zəng vurublar.
 

Polislə yanğınsöndürənlər Jenevyevanın bacaya bərk ilişdiyini, az qala pərçimləndiyini görəndə bacadan aşağı sabunlu su axıdıblar.

Daha sonra yanğınsöndürənlər çəkiclərlə vuraraq bacanı söküblər və "zavallı" oğrunu çıxarıblar.

 

Tarix
20 Oktyabr 2014 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin