Ana səhifə
24 Sentyabr 2018

Bu sənətkarlar mükafatlandırıldı - SİYAHI

“Humay” milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, bu dəfə teatr nominasiyasında “Kafkadan salam” və “Fəna” tamaşalarında yaratdığı obrazlara görə Yuğ Dövlət Teatrının aktyoru Qasım Nağıyev, kino nominasiyasında “Nabat” tammetrajlı bədii filminə görə rejissor Elçin Musaoğlu, ədəbiyyat nominasiyasında “Paradoks” adlı əsərinə görə İlham Bədəlbəyli, musiqi nominasiyasında opera-simfonik ifaçılığı və pedaqoji fəaliyyətinə görə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev və “Qaya” adlı ömür” kitabına görə Rauf Babayev və Nazim Məmmədov “Humay” mükafatına layiq görülüblər.

 

Müasir İncəsənət Muzeyində uğurla keçirilən “Daş” adlı fərdi sərgisinə görə Hüseyn Haqverdiyə təsviri sənət, Azərbaycan bayrağı altında əldə etdiyi yüksək nailiyyətinə görə 2014-cü ilin sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyevə idman, Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Nadejda İsmayılovaya jurnalistika, Azərbaycan televiziyasının inkişafına verdiyi töhfələrə görə teleoperator Aydın Mansurova və abunəçilərə göstərilən yüksək və keyfiyyətli xidmətinə görə “AG Telekom” MMC-KATV1” kabel televiziyasına televiziya nominasiyalarında mükafatlar təqdim olunub.

 

Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar isə “Humay” Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilib.

Tarix
25 Aprel 2015 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin