Ana səhifə
22 Sentyabr 2018

İran Ebolaya qarşı plan hazırlayıb

İran İslam Respublikası Ebola virusu ilə mübarizə məqsədilə xüsusi tədbirlər olanı hazırlayıb.
Ucnoqta.az İSNA agentliyinə istinadla xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib. Onun sözlərinə görə, ölkənin iki böyük aeroportunda Afrika qitəsi və Ebola virusunun aşkar olunduğu digər ölkələrdən gələn insanları müayinə etmək məqsədilə xüsusi təyinatlı tibb mərkəzləri yaradılıb.
Bütün sərhəd-keçid məntəqələrində ölkəyə gələn vətəndaşlara təlimatlar verilir və müayinə olunur.
Qeyd edək ki, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.

 

Tarix
20 Oktyabr 2014 [10:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin