Ana səhifə
18 Noyabr 2018

«Pantomima Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur»

Elman Rəfiyev: «Teatra gələn tamaşaçılar telefondan əl çəkə bilmirlər»

 

 

 

Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist  Elman Rəfiyev teatr tamaşaçıları və teatrın bugünkü vəziyyətindən danışıb. Əməkdar artist “Üç nöqtə”yə bildirib ki, hazırda tamaşaçıların Pantomima Teatrına axını çoxalıb: “Pantomima Teatrına gələn tamaşaçılar sırasında bütün yaş kateqoriyasından olanlar var. Amma əksəriyyətini gənclər təşkil edir. Biz tamaşa hazırlayan zaman müxtəlif  yaş katoqoriyalarını nəzərə alırıq. Teatrımızın repertuarında iki uşaq tamaşası var. Tamaşalarımız sırf gənclər üçün nəzərdə tutulmur. Elə bir tamaşa hazırlayırıq ki, həm gəncləri, həm də digər yaşda olan tamaşaçıları da teatra cəlb edə bilək. Teatra gələnlər sırasında 15 yaşından tutmuş 60 yaşına qədər olan tamaşaçıları görürük. Hazırda bir tamaşa üzərində işləyirik, amma hazırladığmız tamaşa haqqında əvvəllcədən məlumat vermirik. Ayın sonuna təhvil verməyə çalışırıq.

Müəyyən vaxtlarda festivallara gedirik. Festivallara dəvət alan zaman ilk növbədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılır və lazım bilirlərsə, həmin festivallara gedirik».

Direktor deyib ki, Pantomima Teatrında gənc aktyorların sayı çoxdur. O aktyorlar da sırf aktyorluq sənəti ilə məşğul olan insanlardır: «Onlar hər gün məşqlərdə olurlar və yeniliklərlə ayaqlaşmağa çalışırlar. Teatrda gənclərə üstünlük verməyimizin səbəbi yeniliklərlə bağlı deyil. Sadəcə, hər bir cəmiyyətdə sağlam ruh gənclərdən başlayır. Yəni, gənclərin iş sahəsində, teatrda olması yenilik deməkdir. Məsələn, mənim 45 yaşım var və həyata baxışım gənclərin həyata baxışından tamamilə fərqlidir. Onların baxışından da istifadə etmək lazımdır”.

E.Rəfiyevin sözlərinə görə, aktyor və rejissorun uğuru iş birliyindən asıldır: “Tamaşanın uğurlu alınması üçün aktyorun rejissoru yaxşı başa düşməsi və rejissorun qoyduğu tələbi layiqincə yerinə yetirməsi lazımdır. Əgər rejissor qoyduğu ideyanı aktyor yetərincə çatdıra bilirsə tamaşa uğurlu alınır. Pantomima Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur.  Teatrımızın yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadə tamaşa hazırlanan zaman bütün detallara fikir verir. Səhnə əsərini tez bir zamanda təhvil vermirik və bunun üçün bizə 5-7 ay vaxt lazım olur. Çünki tamaşanı ideal səviyyədə xalqın qarşısına çıxarmaq istəyirik. Teatrımızı digər teatrlarla müqayisə edə bilmərəm. Hər bir teatrın öz yolu, strukturu, öz dəsti-xətti var. Digər teatrlar tamamilə başqa cürdür, bizdə isə başqa. Hazırda teatrda məni sevindirən hallardan biri odur ki, insanların, gənc nəslin teatra marağı artıb. Artıq 3d və 5d formatlı filmlərdən, telefonlardan bezən gənclər teatra üz tutublar. Amma bununla yanaşı, xoşagəlməyən hallarla da rastlaşırıq. Teatra gələn tamaşaçılar yenə də telefonlardan əl çəkə bilmirlər. İşıq sönür, bunlar yenə telefonlarla məşğul olurlar. Bizim səhnədə işimiz sırf işıqla bağlıdır. İşıq səhnədə sönən zaman hansısa tamaşçının telefonuna zəng gəldiyi üçün ona baxmaq məcburiyyətində qalır. 45 dəqiqə telefonunu kənara qoya bilmir. Bu zaman isə teleofonun işığı səhnəyə düşür və tamaşanın effektinə təsir edir. Tamaşaçılarımıza səslənirəm ki, vaxtaşırı gəlib tamaşalarımıza baxsınlar. Bir tamaşaya bir neçə dəfə baxsınlar, çünki növbəti dəfə tamaşanın başqa tərəflərini başa düşəcəklər. İnsan kitabı bir dəfə oxuyub bitirdikdən sonra yenə oxuyanda tamamilə başqa fikirləri də başa düşür. Teatrda da belədir. Tamaşaya bir dəfə baxmaqla kifayətlənmək olmaz».

Əməkdar artist qeyd edir ki, bir tamaşanı fərqli-fərqli versiyalarda da təqdim edirlər: “Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında 2001-ci ildə “Manqurt” tamaşasını hazırlamışdıq. Amma o vaxtdan 13 il keçdikdən sonra “Manqurt” tamaşasını başqa variantda hazırladıq və təhvil verdik. Eyni əsərdən fərqli tamaşa hazırlandı. Çünki teatrlarda müasir tamaşalar hazırlanır və və dünya teatrlarında da belədir. Biz də bu tamaşaya modern üslubda müraciət etdik. Tamaşa Moskvada çox uğurla qarşılandı. Moskva tamaşaçısı həqiqətən də tamaşanı çox gözəl qarşıladı. Hətta zalda səfirimiz Polad Bülbüloğlu da əyləşmişdi. Amma zalın əksəriyyətini ruslar təşkil edirdi. Beləliklə, dünya arenasına çıxacaq bir tamaşa oldu. Hər tamaşaçı tamaşaya baxarkən fərqli qəbul edir. Ola bilər ki, bizim uğurlu hesab etdiyimiz tamaşanı tamaşaçı yaxşı qəbul etməz. Buna da normal yanaşırıq. Çünki tamaşaçının fikri açıq və sərbəstdir. Əvvəllər Bəxtiyar müəllim belə bir qayda tətbiq etmişdi ki, tamaşa bitdikdən sonra tamaşaçı zalda aktyor və rejissorlarla söhbət edirdi, tamaşada xoşuna gələn və gəlməyən xüsusiyyətləri bildirirdi. Bunla da yaxşı fikirləri qəbul edib və tamaşada tətbiq etmişik. Yaxşı tamaşçı fikri həqiqətən tamaşaya uğur gətirə bilər».

 

 

Rəqsanə

Tarix
23 Aprel 2015 [23:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin