Ana səhifə
22 Noyabr 2018

«Aktrisalıq fəaliyyətimi daha da genişləndirmək üçün hər şeyi ataram»

Könül Nağıyeva: «İnsan birinci işindəki səhvləri bilib, ikincidə təkrarlamamağa çalışır»

 

 

 

Aktrisa, “Nargis” Nəşriyyat Evinin direktoru Könül Nağıyevadan yeni xəbər var. Aktrisa türk rejissorlardan yeni təkliflər aldığını bildirib. Çəkildiyi “Tərkedilmiş” filmindən söz açan K.Nağıyeva təəssüratlarını bölüşüb: “Mən və tərəf müqabilim Kamran Ağabalayev tənqid eşitməyi çox istəyirdik. İnsan birinci işindəki səhvləri bilib, ikincidə təkrarlamamağa çalışır. “Tərkedilmiş”dən sonra heç kimdən tənqid eşitmədik. Hamı tərifləyirdi. Bu ekran işi Türkiyə üçün nəzərdə tutulmuşdu. Mən və Kamrana görə Bakıda da nümayiş edildi. Türkiyədəki rejissorlardan yeni təkliflər almışıq. Kamranla birlikdə olacağımız ekran işi də, ayrı-ayrı çəkiləcəklərimiz də var. Bakıda bir filmdə rol alacam. Çəkilişləri mayda olacaq. Onu başa vurub Tükiyədəki layihələrə start verəcəm”.
K.Nağıyeva aktrisalığa görə hazırda məşğul olduğu bütün peşələri atmaqdan çəkinmədiyini də bildirib: “Hər zaman demişəm; aktrisalıq fəaliyyətimi daha da genişləndirmək üçün hər şeyi ataram. Türkiyədə dəvət aldığım filmin çəkilişləri sentyabrda başlayacaq. Eləcə də bir seriala dəvət olunmuşam. Orada tərəf müqabillərim tanınmış simalardır. Serial uzun müddət Türkiyədə yaşamağımı tələb edir. Düzdür, qərar vermək çətindir. Mənim ailəm, oğlum Bakıda yaşayır. Buna görə də ciddi düşünüb qərar verməliyəm. Yayda istirahət edəcəm. Eyni zamanda da layihələrlə bağlı fikirləşməliyəm. Yayda həyatımla bağlı bu önəmli qərarı verəcəm”.

 

 

 

Rəqsanə

Tarix
23 Aprel 2015 [18:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin