Ana səhifə
13 Noyabr 2018

Vəfa Quluzadə Prezidentlərin görüşü haqda: “Bu 22 ildir davam edir”

"Ucnoqta.az" xəbər verir ki, oktyabrın 27-də Ermənistan və Azərbaycan prezidentlərinin Fransa  prezidenti Hollandın iştiraklı ilə üçtərəfli görüş keçirməsi gözlənilir. Görüşə Minsk  qrupunun üç həmsədri də qatılacaq. Minsk qrupunun həmsədrləri isə bu görüş ərəfəsi regiona səfərlərinin yekunu olaraq məlumat veriblər ki, oktyabrın 14-18-də regionda səfərləri zamanı  hər iki ölkənin prezidentləri ilə görüşüblər. Onlar Fransa prezidenti Hollande-nın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin sammitinə hazırlığı da müzakirə ediblər.

GÖZLƏNTİLƏR

Politoloq Vəfa Quluzadə prezidentlərin Parisdə keçiriləcək görüşündən heç bir gözləntisinin olmadığını bildirib. O, azadlıq .org-a müsahibəsində deyib ki, Rusiya regiona nəzarət etdiyi müddətdə danışıqlarda heç bir iəliləyiş gözlənən deyil:

“Ermənistan hələ ki, Rusiyanın tam nəzarətindədir. O müstəqil dövlət kimi bir addım atmaq iqtidarında olsa böyük irəliləyiş əldə etmək olar. Ermənistan bu dəfə həqiqətən  də sülhdə maraqlı olduğunu bildirsə, Rusiyadan fərqli mövqe qoysa, bu, həqiqətən də irəliləyiş ola bilər. Ancaq mən hələ belə bir şey gözləmirəm. Çünki Rusiya hələ də Cənubi Qafqaz regionuna  nəzarət edir. Ukrayna böhranı nəticəsində Rusiyanı zəiflətmək mümükün olarsa, Rusiya sanksiyalara görə imperiya mövqelərindən çəkilərsə və Ermənsitan müstəqilliyə doğru addım ata biləcəksə, bu, həqiqətən də irəliləyiş ola bilər və bunun əsası Parisdə qoyula bilər.”

Vəfa Quluzadə Minsk qrupunun növbəti səfərini isə  nəticəsiz adlandırır:

“Bu, sıravi səfərdir. Ortalıqda təzə heç nə yoxdur. ATƏT-in Minsk qrupu həmişə özünün fəalayyətinin olmasını nümayiş  etdirmək istəyir. Bu sadəcə tərəflərə növbəti müraciətdir “gedin oturun danışın, sülhə nail olun”. “Bu da ki, 22 ildir davam edir.”

 

Tarix
19 Oktyabr 2014 [23:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin