Məktəb direktorundan şəhidlərin xatirəsinə hörmətsizlik - VİDEO

13:33 - 6 Oktyabr 2022 - Xəbər

Bakı şəhəri Yasamal rayonunda yerləşən 161 saylı orta məktəbin direktoru Ruhiyyə Tağıyeva şəhidlərin xatirəsinə hörmətsizlik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntüləri təhsil eksperti Kamran Əsədov paylaşıb. Belə ki, məktəbdə təşkil edilmiş tədbir zamanı bir dəqiqəlik sükut elan edilən zaman direktor və yanında əyləşənlər ayağa qalxmayıb. Görüntülər geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, məktəbin direktoru Ruhiyyə Tağıyeva 2020-ci ildən Bakı şəhəri Cəfər Cabbarlı adına 161 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışır.

Xəbər xətti