Sinif yoldaşını döyən məktəblinin atalığı DANIŞDI - VİDEO

12:00 - 6 Oktyabr 2022 - Cəmiyyət

"Hər şey bir yana, o ki uşağı dizindən vuraraq yıxır, sonra da qarnına təpik vurur e, onda elə bil mənim ürəyimə tikan batırır".

Ucnoqta.az xəbər verir ki, bu sözləri sinif yoldaşını döyən məktəblinin atalığı Kamran "astar" kanalına danışarkən deyib.

Onun sözlərinə görə, daha əvvəl yaşadıqları Pirşağı qəsəbəsində Elnurun "qaçqınlarla" söz-söhbəti düşüb. Buna görə də döyülüb. İndi isə elədiyi hərəkətdən peşmandır".

Kamran bəy onu da deyir ki, məktəbli günü 30 manat qazancla zavodda hamballıq edirdi, daha sonra məktəbə getmək qərarına gəlib:

"Məktəbə getməyi üçün nə lazım oldusa, alıb verdim. O hərəkətindən sonra güzgüyə baxa bilmirəm. Özüm-özümdən utanıram. Adam elə hərəkət edər?"

Daha ətraflı videoda:

Xəbər xətti