Ana səhifə
20 Noyabr 2018

Albaniya parlament sədrinin Bakı səfəri

Bu gün Azərbaycana rəsmi səfərə gələn Albaniya parlamentinin sədri İlir Meta iki ölkə arasındakı münasibətlərdən danışıb.  

Ucnoqta.azməlumatına görə, İ. Meta deyib ki, Albaniya parlamentinin sədri kimi ilk dəfədir ki, Azərbaycana rəsmi səfər edir. O, Albaniya parlamentinin ondan öncəki spikerinin də Azərbaycana səfər etdiyini xatırladıb: “Bu səfər Azərbaycanla əlaqələrin intensevləşməsi yönündə Albaniyanın böyük siyasi iradə olmasının göstəricisidir. Çünki Albaniya üçün Azərbaycan ölkənin gələcək inkişafı nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır”.

 

İ. Meta Albaniya və Azərbaycan əlaqələri baxmından TAP layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb: “Bu kəmər məhz Albaniyadan keçərək Avropa Birliyi ölkələrinə çəkiləcək.  Amma TAP Albaniya və Azərbaycanı birləşdirən yeganə layihə deyil.  Albaniyada investisiya yatıran və hazırda investisiya yatırmaq istəyən Azərbaycan şirkətləri var. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm kimi sahələrə invvestisiya yatırır və bu da ölkələr arasında iqtisadi əlaqələrdə böyük potensialın olduğuna dəlalət edir”.

Tarix
19 Oktyabr 2014 [23:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin