Azərbaycan "Elektron hökumətin İnkişafı İndeksi 2022" üzrə reytinqdə 83-cüdür - Siyahı

11:29 - 6 Oktyabr 2022 - Cəmiyyət

Bir neçə gün öncə BMT "Elektron hökumətin İnkişafı İndeksi 2022" üzrə Reytinq cədvəlini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib. Ekspertin sözlərinə görə, reytinq 193 ölkə üzrə yalnız klassik elektron hökumətin vəziyyətini deyil, həmçinin elektron iştirakçılığın, rəqəmsal infrastrukturun, internetin, ümumiyyətlə bütöv rəqəmsal mühitin vəziyyətini əks etdirir:

"Reytinq iki ildən bir dərc olunur. Bu il Reytinqdə keçmiş sovetlər birliyinə daxil olan ölkələrin sıralanması aşağıdakı kimi olub :
1. Estoniya (8-ci yer)
2. Litva (24-cü yer)
3. Qazaxıstan (28-ci yer)
4. Latviya (29-cu yer)
5. Rusiya (42-ci yer)
6. Ukrayna (47-ci yer)
7. Belarus (58-ci yer)
8. Gürcüstan (60-cı yer)
9. Ermənistan (64-cü yer)
10. Özbəkistan (69-cu yer)
11. Moldova (72-ci yer)
12. Qırğızıstan (81-ci yer)
13. Azərbaycan (83-cü yer)
14. Tacikistan (129-cu yer)
15. Türkmənistan (137-ci yer)"

Xəbər xətti